Ölkə futbolu
“Neftçi” səfər oyunlarında problem yaşayır” – Feldhofer
Avstriyanın “Rapid” komandasının baş məşqçisi Ferdinand Feldhofer evdə “Neftçi”yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan əvvəl yerli mətbuata açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 43 yaşlı baş məşqçi yerli publika önündə tam fərqli oyun olacağını deyib:
“Neftçi” bir neçə saat təyyarədə uçduqdan və bura çatdıqdan sonra iqlim fərqini hiss edəcək. Azarkeşlərimizin qarşısında tam fərqli oyun olacaq”.
Feldhofer pley-offa çıxmaq şanslarının davam etdiyini bildirib:
“Bundan necə yararlanacağımız isə özümüzdən asılıdır. Nəticələr göstərir ki, rəqib səfər oyunlarında problem yaşayır.
Penaltilər seriyasını istəmiriksə, oyunu iki top fərqi ilə qazanmalıyıq. Bizə də məhz bu lazımdır. Amma oyunun startında riskə girməyəcəyik”.
Avqustun 11-də Vyanadakı “Alyants” stadionunda keçiriləcək qarşılaşma saat 22:30-da başlayacaq. Bakıdakı ilk görüşdə “Neftçi” 2:1 hesablı qələbə qazanıb.
- Ölkə futbolu2024-03-05 08:00
Yeni AFFA prezidenti bəllidir: bəs, “Neftçi” kimə tapşırılacaq?
- Ölkə futbolu2024-03-06 08:00
Dəyişən, müdrikləşən “Bayer”
- Ölkə futbolu2024-03-06 08:35
Şeydayevin maaşı “Kocaelispor”u qarışdırıb
- Ölkə futbolu2024-03-06 13:30
Qurban Qurbanov: “90 dəqiqə istənilən sürətə dözməliyik”