Ölkə futbolu
“Neftçi” Samir Abasovla belə vidalaşdı
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasovla may ayının 31-də başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib.
Futbolinfo.az xəbər verir ki, klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
2020-ci ilin noyabrından “Neftçi”ni çalışdıran Abasov 2020/2021 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın qalibi olub. Komandaya 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb.
“Neftçi” onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı