Ölkə futbolu
“Neftçi”dən Türkiyə klubu ilə heç-heçə
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, Laurentsiu Regekampfın çalışdırdığı paytaxt təmsilçisi Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gəlib.
“The Sign Esentepe Hotel & Ski Cente”in stadionunda baş tutan oyunda qalib müəyyənləşib.
Hesabı ilk hissədə “ağ-qaralar” açıblar. “Neftçi”ni yeni transferi Qodsvey Donyo sevindirib. Amma Türkiyə təmsilçisi matçın 82-ci dəqiqəsində buraxılan qolun əvəzini çıxıb. Beləcə, bu matçda qalib müəyyənləşməyib.
“Neftçi” hazırlıq çərçivəsində bu oyundan əlavə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır.
Yoxlama oyunu
6 iyul
Neftçi – Sakaryaspor 1:1
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf bu oyunda aşağıdakı heyətə güvənib: İvan Brkiç, 3. Mamadu Mbodj, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Qodsvey Donyo, 14. Eddi İsrafilov, 19. Azər Salahlı, 23. Ataa Caber, 24. Yusuf Laval.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 7. Azər Əliyev, 10. Sezar Meza Kolli, 16. Gilyerme Pato, 17. Rəhman Hacıyev, 20. Vüsal Əsgərov, 21. İsmayıl Zülfüqarlı, 26. Ömər Buludov, 27. Fərid Yusifli, 73. Ramin Nəsirli, 75. Nihad Qurbanlı, 82. Rüfət Abbasov.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”