Dünya futbolu
“Neftçi” və “Qarabağ”ın sabiq məşqçisi Martinlə əvəzləndi

“Sauthempton”u İngiltərə Premyer Liqasında saxlaya bilməyən Ruben Selleslə yollar ayrılıb. Komanda Çempionşipə düşdüyü üçün 40 yaşlı baş məşqçi ilə müqavlə yenilənməyib. O, növbəti turda komandanı meydana çıxarıb vida edəcək.
Futbolinfo.az xəbər verir ki, artıq “Sauthempton”un yeni baş məşqçisi də bəllidir. Komandanı yenidən Premyer Liqaya yüksəltmək vəzifəsini Rassell Martin yerinə yetirməlidir. Onunka 3 illik müqavilə imzalanacaq.
Əvvəllər “Dons”un baş məşqçisi olmuş şotlandiyalı son olaraq “Suonsi”də çalışıb. Futbolçu karyerasını 2019-cu ildə başa vuran Martin zamanını daha çox aşağı liqa komandalarında keçirib.
Qeyd edək ki, Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da baş məşqçi köməkçisi olmuşdu.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”