Dünya futbolu
“Neftçi” xal qazanmadı, Polşa uzaqlaşdı

Avrokubokların III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Konfrans Liqasında “Rapid”ə 0:2 hesabı ilə uduzan “Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilməyib.
Bununla da cari mövsümdəki qazancımız dəyişməz qalıb – 1,875. Bunun 1,000-ı “Qarabağ”ın hesabındadı “Neftçi” 0,500, “Qəbələ” 0,250, “Zirə” 0,125 xalla kifayətlənib.
Ölkəmizin son 5 mövsümün nəticələrinə görə hesablanan əmsalı isə 14,500-dür. Azərbaycan Avropada 29-cu pillədə qalıb. 28-ci olan Polşa isə ölkəmizlə fərqi 1,375-ə qədər artırıb. 30-cu yerə yüksələn Qazaxıstan indi ən yaxın izləyicimizdi. Bu ölkə Azərbaycandan 1,875 xal geridədir.
Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.
