Ölkə futbolu
“Neftçi” Zaur Əzizovu belə təqdim etdi – VİDEO
Bu gün “Neftçi” PFK-nın yeni idman direktoru Zaur Əzizovun təqdimat mərasimi keçirilib.
Futbolinfo.az “Bakcell Arena”nın konfrans zalında baş tutan tədbirdə Əzizovla yanaşı, “Neftçi” PFK-nın prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov və Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev iştirak ediblər.
Təqdimat mərasimindən sonra mətbuat konfransı olub. Konfransda çıxış edən klubumuzun nümayəndələri jurnalistlərin suallarını cavablandırıblar.