Ölkə kuboku
“Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarıldı

Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində aprelin 29-da keçiriləcək “Neftçi” – “Zirə” matçının biletləri satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, kassalar bu gün saat 18:00-dək, oyun günü isə 11:00-dan 20:30-dək işləyəcək.
“Bakcell Arena”da baş tutacaq sözügedən qarşılaşmaya saat 20:30-da start veriləcək. Bu komandalar arasındakı ilk oyun 0:0 hesabı ilə başa çatıb.

- Ölkə futbolu2023-12-01 01:58
“Qarabağ” Norveçdən 1 xalla qayıdır
- Ölkə futbolu2023-12-01 18:23
Hacıyev: “Çerçesov Azərbaycan millisini yeni səviyyəyə qaldıra bilər”
- Layihə2023-12-01 10:37
Öncə Qafqazda birinci olmalıyıq – MÜQAYİSƏLİ TƏHLİL
- Ölkə futbolu2023-11-30 16:31
Azərbaycanda oynamış norveçli: “Molde”ni müəyyən qədər üstün saymaq olar”