Ölkə futbolu
“Neftçi”dən baş məşqçi ilə problem yaşadığım üçün ayrıldım”

2006-2009-cu illərdə Azərbaycanda “Neftçi”nin formasını geyinmiş Bolqarıstan millisinin sabiq futbolçusu Svetoslav Petrov “blitz.bg” saytına müsahibə verib.
Futbolinfo.az xəbər verir ki, hazırda ölkəsində “Septemvri” klubunun baş məşqçisi kimi fəaliyyət göstərən 44 yaşlı mütəxəssis 2006-cı ilin yanvarında Sofiya “Lokomotiv”indən transfer olunduğu “Neftçi”də çətinliklə üzləşdiyini bildirib:
“Lokomotiv”dən ayrıldıqdan sonra “Neftçi” ilə 3 illik müqavilə imzaladım və Azərbaycanda çıxış etdim. Birinci ilin ardından baş məşqçi ilə problemim oldu və məni Çinin “Çançun Yatay” klubuna göndərdilər. Çində çempion olduqdan sonra bir il də orada qalmaq istədim. Amma “Neftçi”də artıq baş məşqçi dəyişmişdi və məndən qayıtmağımı istədilər”.
Xatırladaq ki, 2006-2007-ci illərdə “Neftçi”yə hazırda “Qarabağ”ı çalışdıran Qurban Qurbanov rəhbərlik edib. 2007-ci ilin yanvarında “Çançun Yatay”a keçən Svetoslav Petrov bir il sonra Azərbaycana qayıdıb və 2008/09 mövsümünün axırına qədər “ağ-qaralar”ın formasını geyinib.

Reklam
- Ölkə futbolu2023-01-30 20:07
“Qarabağ” Ovusunun ayrılığını rəsmən açıqladı
- Ölkə futbolu2023-01-30 13:02
“Aris” Kipr mətbuatının xəbərini təkzib edir: “Qarabağ”dan əlaqə saxlayan olmayıb”
- Premyer-liqa2023-01-30 09:00
“Sumqayıt” bu gün “Turan Tovuz”la qarşılaşır
- Ölkə futbolu2023-01-29 12:57
“Azərbaycan millisində oynaya bilərdim, imtina etdim”