“Neftçi” ciddi islahatlar ərəfəsindədir. Komandanın baş məşqçisi Miodraq Bojoviçin yola salınması sadəcə, ilk addım idi. Avrokuboklardan kanar qalan bakılıların onunla anlaşmanı uzatması mümkün olmadığından gedişi də təbii qarşılandı.

Amma Bojoviçin də dediyi kimi, yeganə günahkar o deyildi. İndi uğursuzluğun səbəbkarı bilinən digər şəxslərin növbəsdir.

Artıq baş icraçı direktor Fərrux Mahmudovun istefaya göndəriləcəyi dəqiqdir. Bu postda bir il duruş gətirə bilməyən funksionerin istefası rəsmən açıqlanmasa da, yaxın günlərdə rəsmi qərarın veriləcəyi şübhə doğurmur. Müşahidə Şurasının sədri postuna seçim edilən kimi bütün qərarlar veriləcək.

Rövşən Nəcəfin boşaltdığı postu tutacağı gözlənilən Murad Heydərov idarəçilikdə olan bir sıra şəxslərə qapını göstərəcək. “SOCAR Balkan” şirkətinin icraçı direktoru vəzifəsini yerinə yetirən Heydərov idman direktoru Yens Anderssonu postunda saxlamaq istəyir. Çox güman, yeni məşqçini də isveçli mütəxəssis seçəcək və əcnəbiyə üstünlük veriləcək.

Bütün qərarlar yaxın 3-4 gün ərzində rəsmən açıqlanacaq. Lakin bütün bunlarla bağlı klubdan məlumat almaq mümkün deyil. Vəziyyət o qədər qarışıqdır ki, kimsə xəbərləri nə təsdiq, nə də təkzib edə bilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp