Premyer-liqa
“Neftçi”də yubiley matçına çıxdı
Voyislav Stankoviç “Neftçi”nin heyətində 100-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, serbiyalı müdafiəçinin yubileyi Misli Premyer Liqasının VIII turunda gerçəkləşib.
“Qarabağ”la səfərdəki Azərbaycan derbisi Stankoviç üçün 100-cü matçla əlamətdar olub. O, bu görüşlərdə 6 qola imza atıb.
35 yaşlı müdafiəçi həm də Premyer Liqada 75-ci dəfə “ağ-qaralar”ın formasını geyinib. O, 5 qolunu çempionatda vurub. Stankoviç avrokuboklarda 18, ölkə kubokunda 7 (1 qol) dəfə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, Voyislav 2019-cu ilin yayından Bakı klubunda çıxış edir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…