Bizi izləyin

Premyer-liqa

“Kvirkveliyanın narazı qalması üçün əsas yoxdur” – Regekampf

blank
blank

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Premyer Liqanın 9-cu turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, rumıniyalı mütəxəssis qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox yaxşı başladıq. Təzyiq yaratmağa çalışdıq. Amma ən yaxşı epizodlardan yararlana bilmədik. Beləliklə, oyunumuzu çətinləşdirdik. Topu ayağımızda çox saxlayırdıq. Oyuna keyfiyyətimizi əlavə edə bilmirdik. Nəticədə matçı rəqib üçün rahatlaşdırdıq. Bizim üçün yaxşı oyun deyildi. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Amma hazırda çox danışmalı deyilik. Bunu meydanda göstərmək lazımdır. Sakitləşib yenidən bərpa olunaraq, titul uğrunda mübarizəyə davam etməliyik”.

Rumıniyalı baş məşqçi adının ölkəsinin “Styaua” klubu ilə hallanmasına da toxunub: “Bu, əslində normal haldır. Xəbəri yazanlar jurnalsitlərdir. Nə istəyirlər, onu da yazırlar. Amma məndə bu barədə məlumat yoxdur. Hazırda “Neftçi”dəki işimə köklənmişəm. Adım çox yerdə hallanır. Lakin “Neftçi” ilə müqaviləm var”.

Regekampfın sözlərinə görə, oyuna hazırlıq dövründə 5-li müdafiəyə qarşı necə oynamalı olduqlarını məşq ediblər: “Komandanı rəqibə uyğun hazırlamağa çalışırdıq. Düşünürəm ki, erkən qol oyunu dəyişə bilərdi. İlk dəqiqələrdən aqressiv oynamağa çalışdıq. Qol axtarışda idik. Bunu edə bilmədiyimiz üçün rəqibə daha çox motivasiya verdik. Matçın sonunda rəqibin 100 faizlik şansı oldu”.

Baş məşqçi deyib ki, müdafiə olunmaq hücumu qurmaqdan daha asandır: “Oyuna kimin daha yaxşı hazırlaşdığını indi müzakirə edə bilmərik. Orta xətdə sıxlıq yaratmağa çalışdıq. Hücumçumuz ucaboy deyil, bunu nəzərə almışdıq. Oyun üslubumuz belədir ki, sürətli hərəkət edib hücumlar quraq”.

Regekampf heyət barədə hər gün rəhbərliklə danışdığını söyləyib: “Hazırda güclü komanda yaratmaq üçün proses gedir. Bilirik ki, bunu bir günə edə bilmərik. Futbolçulara baxırıq. Bizə yerli oyunçular da lazımdır. Eddi İsrafilov 3-4 həftədən sonra komandaya qoşulacaq. Azər Salahlının durumu bəlli deyil. Bu oyunçuları əvəzləmək asan deyil. Gördüyünüz kimi, bu gün İsmayı İbrahimlini sol cinahda oynatdım. Azər Əliyevin də ağrıları var idi. Bu halla hər bir komanda üzləşə bilər. Şikayətlənmək istəmirəm. Əlimdəkilərlə kifayətlənməyə çalışıram. Amma bilirik ki, güclü komanda qurmalıyıq”.

O, Qodsvey Donyonun çıxışına da toxunub: “Hücumçu qol vurmalıdır. Əminliklə deyə bilərəm ki, Donyo da öz oyunundan razı deyil. Kifayət qədər keyfiyyətli futbolçudur. Ümid edirik ki, yenidən qolları sıralayacaq. Ona inanırıq”.

Baş məşqçi Solomon Kvirkveliyanın meydanı narazı halda tərk etməsinə də münasibət bildirib: “Son 10 dəqiqədə müdafiəçini hücumçu ilə əvəzləməliydik. Bu cür dəyişiklik normaldır. Kvirkveliyanın narazı qalması üçün əsas yoxdur. Oynamaq üçün öz üzərində çalışmalıdır”.

Regekampf Emin Mahmudova istirahət verməyin mümkünsüz olduğunu vurğulayıb: “Millinin və “Neftçi”nin kapitanıdır. Peşəkar futbolçudur. Bu yarışı mən təşkil etmirəm. Bu, bizim işimizdir, hər gün görməliyik. Çünki futbola görə maaş alırıq. Ola bilsin, yorğundur. Üst-üstə oyunlar keçirir. İstirahət üçün vaxtı olmur. Emin kimi futbolçudan “Neftçi”də çox deyil. O da fəxr etməlidir ki, hər gün oynayır. Mahmudov hər oyunda meydanda ən çox qaçan futbolçudur. Düzdür, Emin robot deyil, yorula bilər”.

Mütəxəssis Yeqor Boqomolskinin rəqabətə tam hazır olduğunu qeyd edib: “Hər şey özündən asılıdır. Şans veriləndə qol vurmağa, fərqli nəsə etməyə çalışmalıdır. Onun üçün rəqabət aparmaq elə də asan deyil. Qarşıda kifayət qədər vaxt var. Yenə də baxacağıq. Gənc oyunçudur, inkişaf etməlidir. Çox məqamlar var ki, onları öyrənməlidir”.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-25 00:40

Azərbaycanın daha bir boksçusu AÇ-də yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-25 00:21

“Trabzonspor”dan ilk oyunda çətin qələbə

blank
Digər idman növləri2024-04-24 23:57

“Sabah” müntəzəm mövsümü zirvədə tamamladı

blank
Ölkə kuboku2024-04-24 23:14

“Komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq” – Bojoviç

blank
Ölkə kuboku2024-04-24 23:00

“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov

blank
Ölkə futbolu2024-04-24 22:45

“Sabah” bölgələrdə seçimlərə başlayır

blank
Ölkə kuboku2024-04-24 22:31

“Qarabağ”ı finala çıxaran növbəti darmadağın – VİDEO

blank
Ölkə kuboku2024-04-24 22:17

“Qəbələ”də 300-cü oyun

blank
Dünya futbolu2024-04-24 22:02

Xavi qalsa, Silvanın transferini istəyəcək

blank
Ölkə kuboku2024-04-24 21:48

“Qarabağ” “Neftçi”yə yenə 4 qol vurdu, finala çıxdı

blank
Dünya futbolu2024-04-24 21:45

“Milan” vidalara hazırlaşır

blank
Ölkə futbolu2024-04-24 21:30

Sərxan Hacıyev məşqçi seçməyə gedib

blank
Digər idman növləri2024-04-24 21:12

“Ferrari” komandasının adı rəsmən dəyişdi

blank
Ölkə kuboku2024-04-24 20:53

“Bizi çox gərgin sonluq gözləyir” – Rəşad Sadıqov

blank
Ölkə kuboku2024-04-24 20:44

“Belə durumda olmağımız əzabvericidir” – Sxadadze

blank
Ölkə futbolu2024-04-24 20:30

Orxan vəziyyətin dəyişəcəyinə inanır

blank
Ölkə kuboku2024-04-24 19:27

“Zirə”ni finala daşıyan inamlı qələbə – VİDEO

blank
Ölkə kuboku2024-04-24 18:50

“Zirə” finalda!

blank
Digər idman növləri2024-04-24 18:28

Azərbaycan çempionatında sərbəst güləş yarışı başa çatdı

blank
Digər idman növləri2024-04-24 17:44

AVF ilə GVF arasında memorandum imzalandı

blank
Digər idman növləri2024-04-24 17:17

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

blank
Ölkə futbolu2024-04-24 16:38

Region Liqasının final oyununun yeri müəyyənləşib

blank
Ölkə futbolu2024-04-24 16:19

Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib

blank
Digər idman növləri2024-04-24 16:01

Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər

blank
Digər idman növləri2024-04-24 15:46

Azərbaycan tennisçisi Belçikada bürünc medal qazandı

blank
Ölkə kuboku2024-04-24 15:30

“Qəbələ”də iki itki

blank
Dünya futbolu2024-04-24 15:14

Teves xəstəxanaya yerləşdirildi

blank
Layihə2024-04-24 15:00

İdman və düzgün qidalanma

blank
Müsahibə2024-04-24 14:45

“Sumqayıt”ın legioneri: “Bu heyət bizə bəs etməyəcək”

blank
Dünya futbolu2024-04-24 14:31

“Yuventus” rekordunu yenilədi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm