Premyer-liqa
“Neftçi”dən 500-cü qələbə
“Neftçi” Azərbaycan çempionatlarında 500-cü qələbəsini qazanıb.
Futbolinfo.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının XXVI turuna təsadüf edib.
“Ağ-qaralar” səfərdə “Şamaxı”nı 1:0 hesabı ilə üstələyib.
Bakılılar ölkə çempionatındakı 879-cu matçında “500”ə çatıb. Paytaxt təmsilçisi evdə 276, səfərdə 217, neytral meydanda 7 dəfə qalib gəlib.
Bütün çempionatların iştirakçısı olan “Neftçi” ilk qələbəsini 1992-ci ildə qazanıb. Mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşan Bakı klubu 1:0 hesabı ilə üstün olub.
Qeyd edək ki, “Neftçi” qələbə sayında yalnız “Qarabağ”dan geri qalır. Rekordçu olan ağdamlılar 505 dəfə rəqibini məğlub edib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu