Ölkə futbolu
“Neftçi”dən Macarıstan klubu ilə heç-heçə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” hazırlıq çərçivəsində bu gün ilk yoxlama oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Macarıstanın “Vaşaş” komandası ilə qarşılaşıb.
“Gloria Golf Club”un stadionunda keçirilən oyunda hesabı “Neftçi” açıb. 24-cü dəqiqədə Kenni Sayef “ağ-qaralar”ı hesabda önə keçirib. Amma macarlar 67-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarıblar. Oyunda başqa qol vurulmayınca tərəflər meydanı heç-heçə ilə tərk ediblər.
Xatırladaq ki, Belek bölgəsindəki “Gloria Verde Resort” otelində məskunlaşan “Neftçi” qardaş ölkədə daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. “Ağ-qaralar” yanvarın 15-də Polşanın “Medz Leqnisa” və Serbiyanın “Baçka Topola”, 19-da isə bu ölkənin məşhur “Srvena Zvezda” klubu ilə qarşılaşacaq.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı