Ölkə futbolu
“Neftçi”nin Bakıdakı matçının başlama saatı açıqlandı
Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, bu turnirin 3-cü təsnifat mərhələsində HİK-lə (Finlandiya) qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun avqustun 3-də keçiriləcək.
Artıq qarşılaşmanın başlama saatı da müəyyənləşib. Bakı klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı isə avqustun 12-də Helsinkidə baş tutacaq.