Ölkə futbolu
“Neftçi”nin Boludakı ilk matçının başlama saatı dəyişdirildi
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Neftçi”nin “Sakaryaspor”a qarşı keçirəcəyi yoxlama matçının başlama saatı dəyişdirilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə Sakarya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyulun 6-da oynanılacaq qarşılaşma nəzərdə tutulduğu kimi saat 17:00-da yox, 15 dəqiqə tez başlayacaq. Bu qərar komandaların qarşılıqlı razılığı ilə qəbul olunub. Görüş “Esentepe” hotelinin meydançasında baş tutacaq.
“Neftçi” hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı