Ölkə futbolu
“Neftçi”nin futbolçusu 3 aylıq sıradan çıxdı – əməliyyat olunacaq
Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində avqustun 11-də keçirilmiş “Rapid”lə (Vyana, Avstriya) səfər matçının ilk hissəsində zədələnərək əvəzlənən “Neftçi”nin futbolçusu Azər Salahlı bu gün müayinədən keçib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır. Cərrahi əməliyyat yaxın günlərdə klubun sağlamlıq sponsoru olan xəstəxanaların birində həyata keçiriləcək. Salahlı təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.
- Ölkə kuboku2024-02-09 20:56
“Qarabağ”ın yarımfinaldakı rəqibi “Neftçi” oldu
- Milli komanda2024-02-08 21:39
Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
- Milli komanda2024-02-09 11:01
“Azərbaycanla bağlı pis xatirələrimiz var”
- Ölkə futbolu2024-02-09 13:27
Mahir Emreli yeni təkliflərdən danışdı: “Zədə bu məsələdə böyük rol oynadı”