Ölkə futbolu
“Neftçi”nin futbolçusu zədəsini sağaltdı
“Neftçi”nin futbolçusu Ömər Buludov zədəsini tam sağaldıb.
Futbolinfo.az xəbər verir ki, 23 yaşlı cinah müdafiəçisi komanda ilə məşqlərə start verib.
O, baş məşqçi Samir Abasov şans verəcəyi təqdirdə Azərbaycan Kubokunun 1/4 finalında “Zirə” ilə cavab matçında iştirak edə biləcək. Evdə 0:1 hesabı ilə məğlub olduqları matçda dodağı partlayan və tikiş atılan Emin Mahmudovun da durumu yaxşıdır.
“Neftçi”də yalnız hələ Bakıya qayıtmayan Yusuf Laval “Zirə” ilə oyunu buraxacaq.
Qeyd edək ki, fevralın 7-də keçiriləcək “Zirə” – “Neftçi” matçı saat 17:30-da başlayacaq. İlk görüşdə “Zirə” minimal hesablı qələbə qazanıb – 1:0.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd