Ölkə futbolu
“Neftçi”nin futbolçusunun ayağı sındı
“Neftçi” ciddi itki ilə üzləşib. Komandanın aparıcı yarımmüdafiəçisi Ataa Caberin ayağı sınıb. Bunu saytımıza klubdan bildiriblər.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”la az öncə başa çatan oyunda uğursuz sürüşmə fəndi yerinə yetirən legioner özünü zədələyib. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan dayaq oyunçusu üçün mövsümin erkən bitdiyini deyə bilərik.
80-ci dəqiqədə xəsarət alan israilli futbolçunun yoxluğunda komandası top buraxıb və qələbəni əldən verib – 1:1.