Bizi izləyin

Müsahibə

“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”

blank
blank

“Neftçi”nin çexiyalı sabiq futbolçusu Zdenek Folprextin futbolinfo.az saytına müsahibəsi

– Karyeranızı 32 yaşda bitirməyiniz nə ilə bağlı oldu?

– Bir neçə ay öncə futbolçu karyeramı bitirmək məcburiyyətində qaldım. Buna dizimdən aldığım ağır zədə səbəb oldu. Məndən olsa, daha bir neçə il futbol oynamaq istərdim. Lakin zədə imkan vermədi.

– Hazırda nə işlə məşğulsunuz? Məşqçiliyə başlamısınız?

– Xeyr, məşqçiliklə məşğul deyiləm. Hazırda televiziya verilişlərinin birində futbol eksperti kimi fəaliyyət göstərirəm. Bundan əlavə, radioda futbola aid proqramın aparıcısıyam.

– Azərbaycanla bağlı hansı xatirələriniz qalıb?

– Ancaq xoş xatirələrim qalıb. “Neftçi”də çıxış etməkdən məmnun idim. Bakıda yaşamaq da ürəyimcə idi. Azərbaycanlılar çox yaxşı, mehriban insanlardır. Onlar mənə və ailəmə qarşı səmimi davranır, bütün məsələlərdə kömək edirdilər. Həyat yoldaşımla bunu yüksək qiymətləndirirdik.

– Ölkəmizdə hər şey ürəyinizcə olduğu halda, Azərbaycandakı karyeranız niyə qısa çəkdi?

– Əslində “Neftçi”də qalmaq, uzun müddət bu klubun formasını geyinmək istəyirdim. Sadəcə, orada icarə əsasında çıxış edirdim. İcarə müddətim başa çatandan sonra məcburən Azərbaycanı tərk etdim. Düzdür, “Neftçi” transfer hüququmu almaq istəyirdi. Ancaq ovaxtkı klubum “Slovan” (Liberets) transferin baş tutması üçün çox pul tələb etdi. “Neftçi” rəhbərliyi bununla razılaşmadığı üçün Çexiyaya qayıtmalı oldum.

– Azərbaycanda hansı futbolçuları bəyənirdiniz?

– Rəhman Hacıyevi xatırlayıram. Gənc futbolçu olsa da, böyük istedada və potensiala malik idi. Ancaq bunu meydanda göstərə bilmirdi. Bir də Namik Ələskərov yadımda qalıb. Namiq həm yaxşı insan, həm də əla futbolçu idi.

– “Neftçi”nin hazırkı vəziyyəti ilə maraqlanırsınız? Klubda baş verən dəyişikliklərdən xəbəriniz varmı?

– Tam təfsilatı ilə bilməsəm də, klub haqda əksər xəbərlərdən haliyəm. Bir də tez-tez “Neftçi”nin nəticələrinə, turnir cədvəlindəki mövqeyinə nəzər salıram.

– “Neftçi” son 10 ildə cəmi bir dəfə Azərbaycan çempionu ola bilib. Bu uğursuz statistikanın səbəbini nədə və ya kimdə görürsünüz?

– Təbii ki, bunun səbəbkarı “Qarabağ”dır. Ancaq “Neftçi”ni hesabdan silmək olmaz. Əvvəlki illərə baxanda bu mövsüm “Qarabağ”la rəqabət apara biləcək gücdə görünürlər. Rəhbərlik və baş məşqçi dəyişib. Heyətə yeni futbolçular cəlb ediblər. Hiss olunur ki, məqsədləri çempionluqdur. Bunu bacarıb-bacarmayacaqlarını isə zaman göstərəcək.

– Yeri gəlmişkən, “Qarabağ” haqda hansı fikirdəsiniz? Bu mövsüm çempionluq mübarizəsində Ağdam klubunun şanslarını yüksək qiymətləndirirsiniz, ya “Neftçi”nin?

– “Qarabağ” daha çox Avropa Liqasındakı oyunlarına görə yaddaşımda qalıb. Həmin vaxt mən “Slovan”da idim. Yadımdadır, Çexiyadakı matçda “Qarabağ”a qalib gəlmişdik. Bakıdakı görüşdə isə 2:2 hesablı heç-heçə qeydə alınmışdı. “Qarabağ” çox yaxşı klubdur. Bunu son illərdəki nəticələri təsdiqləyir. Həm Azərbaycan daxilində, həm də avrokuboklarda inamlı təsir bağışlayırlar. “Qarabağ”ın yaxşı büdcəsi və səviyyəli futbolçuları var. Çempionluq mübarizəsinə gəlincə, indidən nəsə demək çətindir. Hələ mövsümün əvvəlidir və hər iki komanda xal itkilərinə məruz qalıb. Buna görə də proqnoz verməkdə çətinlik çəkirəm.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Müsahibə2023-09-18 10:48

“Neftçi”nin legioneri ekspert oldu: “Rəhman Hacıyev istedadını meydanda göstərə bilmirdi”

blank
Digər idman növləri2023-09-18 10:34

“Sabah”dan Serbiyada ardıcıl 3-cü qələbə

blank
Dünya futbolu2023-09-18 10:17

Rusiya klublarına güzəşt olmayacaq

blank
Dünya futbolu2023-09-18 09:57

Çeferin: “Səudiyyə Ərəbistanına əhəmiyyət vermirəm”

blank
Dünya futbolu2023-09-18 09:38

Lemar üçün il bitdi

blank
Digər idman növləri2023-09-18 09:19

Bu dəfə Sayns

blank
Dünya futbolu2023-09-18 09:02

Bernardeski 29 yaşında estetik əməliyyata girdi

blank
Dünya futbolu2023-09-18 08:45

Qrosso bu gün təqdim ediləcək

blank
Ölkə futbolu2023-09-18 08:30

“Sumqayıt”ı müdafiə edən komitə üzvü

blank
Digər idman növləri2023-09-18 08:15

Gələn il Formula 1-də “Adidas” komandası olacaq

blank
Ölkə futbolu2023-09-18 08:00

Sabaha ümid verməyən “Sabah”

blank
Dünya futbolu2023-09-18 02:16

“Qarabağ”ın rəqibindən çətin qələbə

blank
Dünya futbolu2023-09-18 01:45

“Monako” səfərdə xal itirdi

blank
Dünya futbolu2023-09-18 01:27

“Real”dan ardıcıl 5-ci qələbə

blank
Dünya futbolu2023-09-18 01:07

“Roma”dan darmadağın

blank
Dünya futbolu2023-09-18 00:40

“Arsenal”a səfərdə 1 qol bəs etdi, “Çelsi” yenə xal itirdi

blank
Dünya futbolu2023-09-18 00:28

“Verder” “Haydenhaym”a məğlub oldu

blank
Dünya futbolu2023-09-18 00:05

“Beşiktaş” Trabzonda böyük hesabla uduzdu, “Fənərbaxça” qalib gəldi

blank
Premyer-liqa2023-09-17 23:25

“O epizodlarda ofsaydı haradan tapdılar, bilmirəm” – Qurban Qurbanov

blank
Digər idman növləri2023-09-17 23:09

Azərbaycan cüdoçularından beynəlxalq turnirdə 3 medal

blank
Digər idman növləri2023-09-17 22:44

DÇ: Qadın güləşçilərin rəqibləri müəyyənləşdi

blank
Premyer-liqa2023-09-17 22:18

“Mən özüm meydana çıxıb futbol oynamıram” – Murad Musayev

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Digər idman növləri2023-09-17 21:49

Osman DÇ-nin finalında, daha 2 bürünc medal şansı

blank
Premyer-liqa2023-09-17 21:23

“Qarabağ” “Sabah”ı məğlub yola saldı

blank
Əvəzedicilər2023-09-17 20:38

“Neftçi”nin əvəzedicilərindən darmadağın

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-09-17 19:55

Azərbaycanlı futbolçu Türkiyə klubuna qələbə qazandırdı

blank
Premyer-liqa2023-09-17 19:03

“Belə anlarda daha sakit olmaq lazımdır” – Ayxan Abbasov

blank
Premyer-liqa2023-09-17 18:55

“Hakimə dedim ki, oyunu kişi kimi idarə et”

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:40

Şahin Diniyev: “Ən çətin oyunlarımızdan birini keçirdik” – VİDEO

blank
Ölkə futbolu2023-09-16 18:09

Gəncə azarkeşləri Azər Məmmədovu istefaya çağırdılar – VİDEO

blank
Premyer-liqa2023-09-15 20:50

“Sumqayıt” “Zirə”yə belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-09-13 22:05

“İnter”in sabiq hücumçusu rəsmən “Sabah”da

blank
Ölkə futbolu2023-09-06 00:40

Mirzovun “Neftçi”yə keçidi rəsmiləşdi – VİDEO

blank
Ölkə futbolu2023-09-05 15:20

“Qalatasaray”ın sabiq hücumçusu “Sabah”da – RƏSMİ

blank
Premyer-liqa2023-09-03 22:21

“Qarabağ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-03 20:10

“Araz-Naxçıvan” “Kəpəz”ə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-02 23:13

“Sumqayıt”ın ilk məğlubiyyəti – VİDEO

blank
Premyer-liqa2023-09-02 21:50

“Qəbələ” “Zirə”ni belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-01 21:47

“Sabah” “Turan Tovuz”a belə məğlub oldu – VİDEO

blank
Ölkə futbolu2023-08-31 23:21

“Qarabağ”ın futbolçuları qrupa vəsiqəni belə bayram etdilər – VİDEO

blank
Premyer-liqa2023-08-27 23:59

“Kəpəz” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-08-27 21:51

“Neftçi”dən ilk qələbə – VİDEO

blank
Premyer-liqa2023-08-26 22:30

“Zirə” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-26 20:29

Şahin Diniyev: “İlk qolu yaxşı vaxtda vurduq” – VİDEO

blank
Premyer-liqa2023-08-26 19:53

Tovuzda 4 qol – VİDEO

blank
Premyer-liqa2023-08-25 22:56

“Sumqayıt”dan ilk xal itkisi – VİDEO

blank
Premyer-liqa2023-08-20 23:38

“Sabah”la “Neftçi”nin heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-08-20 21:45

“Qarabağ” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-08-18 23:17

“Kəpəz” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:23

Azər Məmmədov: “Bu şərait və büdcə ilə razılaşmışamsa…” – VİDEO

blank
Premyer-liqa2023-08-18 20:17

“Gəncədə “Kəpəz”i məğlub etmək çox çətindir” – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:45

“Neftçi” “Beşiktaş”la səfərdə də bacarmadı – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:32

“Sabah” Belqradda belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2023-08-18 09:16

“Qarabağ” pley-offa belə adladı – VİDEO

Facebook

Gündəm