Ölkə futbolu
“Neftçi”nin legioneri milliyə bəstəboy olduğu üçün çağırılıb
Qvineya millisinin baş məşqçisi Didye Siks “Neftçi”nin futbolçusu Mamadu Kaneni Afrika Millətlər Liqasının Çadla oyunlarına çağırmasının səbəbini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, fransız mütəxəssis 23 yaşlı yarımmüdafiəçiyə boyunun qısalığına görə dəvət göndərdiyini söyləyib.
66 yaşlı baş məşqçi hesab edir ki, süni örtüklü meydanda keçiriləcək görüşdə Kane daha effektli ola bilər: “Qarşıdakı matçda yerlə oyuna üstünlük verəcəyik. Bəlkə də Kanenin milliyə dəvəti bununla bağlıdır. Çünki onun boyu qısadır və bu, süni örtükdə oyunçu üçün üstünlük yaradır. Fikrimcə, Kane bu cür meydanda maraqlı seçim ola bilər. İbrahima Kamaranı isə ucaboy olduğu üçün yığmaya çağırmadım”.
Qeyd edək ki, Qvineya millisi 11 oktyabr və 15 oktyabrda Çadla iki oyun keçirəcək.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var