Premyer-liqa
“Neftçi”nin legioneri “Zirə”yə qarşı oynamayacaq
“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığı başa vurub.
Futbolinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bir günlük fasilədən sonra oktyabrın 20-də hazırlığı bərpa edən “ağ-qaralar” “Türk Hava Yolları Futbol Mərkəzi”ndə son məşqə çıxıb.
“Qəbələ” ilə yoxlama görüşündə (1:1) zədələnən Xorxe Korreadan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib.
Oktyabrın 23-də “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Zirə” matçına saat 18:15-də start veriləcək.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-19 08:00
Juninyoya Niderlanddan da müştəri çıxdı
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi