Ölkə futbolu
“Neftçi”nin qələbəsi “Dinamo Arena”da qalmaqal yaratdı – VİDEO
“Neftçi” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Tiflisdə “Dinamo”nun qonağı olub. Futbolinfo.az xəbər verir ki, görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Boris Payçadze adına “Dinamo Arena”da keçirilən qarşılaşmadan sonra gərginlik yaşanıb. Komandanın məğlubiyyətini həzm edə bilməyən azarkeşlərdən biri klub rəhbərliyinin yer aldığı tribunaya gələrək etirazını bildirib. Rəhbərliyin yer aldığı ərazidə oturan şəxslərdən biri azarkeşlə mübahisə etməyə başlaylb. Həmin şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb. (Futbolpress)
Baş verən qalmaqalın videosunu təqdim edirik…