Dünya futbolu
“Neftçi”nin rəqibi ispan hücumçu ilə gücləndi
“Neftçi”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın 3-cü liqasında çıxış edən “Marbelya” komandasından Karlos Espositonu transfer edib.
Bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. İspaniyadan olan 18 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb. Gənc forvard ötən mövsüm “Marbelya”nın U-19 komandasında 26 oyuna 16 qol vurub.
Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də keçiriləcək.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək