Dünya futbolu
“Neftçi”nin rəqibi Xorvatiya klubuna məğlub oldu
Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Kiprin “Aris” komandası yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, Limassol klubu Xorvatiyanın “Slaven Belupo” komandası ilə qarşılaşıb.
6 qolun qeydə alındığı oyun Xorvatiya təmsilçisinin qələbəsiylə yekunlaşıb – 4:2. İlk hissədən sonra “Aris” 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.
“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq.
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”