Dünya futbolu
“Neftçi”nin rəqibinə 1 qol bəs etdi
Futbol üzrə Avstriya Bundesliqasında 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Rapid” səfərdə “Klagenfurt”la qarşılaşıb.
Görüş Vyana təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadakı yeganə qolu 66-cı dəqiqədə penaltidən dəqiq yararlanan Quido Burqstaller vurub.
Bu qələbə sayəsində xallarının sayını 6-ya çatdıran “Neftçi”nin rəqibi hazırda turnir cədvəlinə başçılıq edir.
“Rapid” növbəti oyununu Bakıda keçirəcək. Vyana təmsilçisi avqustrun 4-də “Neftçi”nin qonağı olacaq. “Bakcell Arena”da baş tutacaq qarşılaşma 21:00-da start götürəcək. Cavab qarşılaşması ayın 11-də Vyanada baş tutacaq.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə