Ölkə futbolu
“Neftçi”nin sabiq legionerlərindən Azərbaycana dəstək
“Neftçi”nin sabiq legionerləri – çilili İqnasio Herrera, haitili Soni Mustivar və braziliyalı Dario Frederiko Azərbaycanı dəstəkləyən əcnəbi futbolçular sırasında yer alıblar.
Futbolinfo.az xəbər verir ki, Okeanın o tayından olan legionerlər cəbhə xəttində vəziyyətlə əlaqədar ölkəmizi dəstəklərini sosial şəbəkə hesablarından paylaşımlarıyla nümayiş etdiriblər.
Onlar yanında olduqları xalqımızı. Ordusumuzu möhkəm olmağa səsləyiblər. Soninin paylaşımında “Bütün düşüncələrim və dualarım Azərbaycan və şəhid ailələri ilə birlikdədir” qeyd olunub.
Xatırladaq ki, Herrera 1,5, Mustivar 2,5 il “Neftçi”də çıxış edib. Onlar 2017/18 mövsümünün ikinci yarısında “ağ-qaralar”da komanda yoldaşı olaraq Premyer Liqamızn bürünc medalını qazanıblar. Dario isə son mövsümdə “Neftçi”də çıxış edərək ardıcıl 2 dəfə gümüş mükafatçı olub.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi