Ölkə futbolu
“Neftçi”nin şikayəti təmin edilmədi
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayətini təmin etməyib.
Futbolinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının 01.06.2023-cü il tarixli qərarlarını nəzərinizə çatdırırıq:
- “Neftçi” Peşəkar Futbol Klubunun tərcüməçisi Vüqar Əliyev tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
- 26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun ½ final mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyevin qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanması, klubun 4000 manat cərimə edilməsi (maddə 41.4) barədə İntizam Komitəsinin 03 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?