Ölkə futbolu
“Neftçi”nin yeni transferi müayinədən keçdi – bu gün müqavilə rəsmiləşir

Rusiyalı futbolçu Reziuan Mirzovun karyerasını “Neftçi”də davam etdirəcəyi dəqiqləşib. Futbolinfo.az saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi artıq Bakı klubunda tibbi müayinədən keçib.
Səhhəti ilə bağlı heç bir problemi olmayan Moskva “Spartak”ının sabiq üzvü bu gün “ağ-qaralar”la münasibətləri rəsmiləşdirəcək. Onun sözləşmə müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Mirzov yay fasiləsində ölkəsinin “Ximki” klubundan ayrıldığından, “Neftçi”yə azad agent kimi keçir.
Qeyd edək ki, Reziuan Mirzov 2020-ci ildən bəri “Ximki”nin formasını geyinib. O, bu müddət ərzində 67 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə verib.
