Ölkə futbolu
“Neftçi”nin yeni transferi “Traktor”la vidalaşdı
Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi, “Neftçi”nin yeni transferi Höccət Haqverdi Təbrizin “Traktor” klubu ilə vidalaşıb.
Futbolinfo.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları qeyd edib:
“Əziz azarkeşlər, yarım mövsüm sizinlə birlikdə olduq. Şübhəsiz, ayrı qalmaq mənim üçün asan olmayacaq, Azərbaycanın mehriban sakinləri. Amma ümid edirəm ki, daha sonra daha yaxşı şəraitdə dəstəyinizə qarşılıq olaraq, yenidən “Traktor”un formasını geyinə biləcəyəm. Hər birinizə sevgilər, əziz fanatlar. Sonda komandaya mövsümün qalan hissəsində uğurlar arzulayıram”.
Xatırladaq ki, Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə bağlayıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu