Yeni mövsüm öncəsi heyətini gücləndirən “Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Ömər Buludovla anlaşıb.

“Neftçi”nin yetirməsi olan cinah müdafiəçisi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu 2017-ci ildən cari mövsümün sonuna qədər “Neftçi”nin heyətində yer alıb.

“Araz-Naxçıvan” bu gün Ürfan Abbasov və Ülvü İsgəndərovla müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp