Ölkə futbolu
“Neftçi”nin zədəli futbolçularının son durumu açıqlandı

“Neftçi”nin zədəli futbolçularının son durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib.
Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: “Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.
Qeyd edək ki, “Neftçi” bu gün VI turda “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qarşılaşma saat 18:00-da start götürəcək.

- Dünya futbolu2023-12-02 23:00
Şahruddin 3 qola üzüldü, “Qalatasaray” inamlı qələbəyə sevindi
- Premyer-liqa2023-12-03 17:51
“Hakim səhv edir, məni cəzalandırırlar” – Murad Musayev
- Dünya futbolu2023-12-02 21:58
AÇ-2024-ün final mərhələsinin püşkü atıldı
- Müsahibə2023-12-02 08:00
Riçard Almeyda: “Adətən belə hadisələr futbolçu dünyasını dəyişəndə baş verir”