Ölkə futbolu
“Neftçi”nin zədəli futbolçusu sıraya döndü
“Neftçi” Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışını davam etdirir.
Futbolinfo.az xəbər verir ki, Belek bölgəsindəki “Gloria Verde Resort” oteldə məskunlaşan “ağ-qaralar” bu gün bir məşqə çıxıb.
Əsasən toplu çalışmalara üstünlük verilən məşqdə zədəsini sağaltmış serbiyalı futbolçu Voyislav Stankoviç də iştirak edib.
Hazırlığın sabah iki məşqlə davam etdirilməsi planlaşdırılır.
Xatırladaq ki, qardaş ölkədəki ilk yoxlama matçında Macarıstan “Vaşaş”ı ilə heç-heçə edən (1:1) “Neftçi” növbəti oyununu yanvarın 15-də Polşanın “Medz Leqnisa” klubuna qarşı keçirəcək. Bakı vaxtı ilə saat 12:30-da “Gloria Golf Club”ın stadionunda start götürəcək görüş “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Həmin gün keçirilməli olan digər matç – “Baçka Topola” (Serbiya) ilə oyun hazırkı vəziyyətdə futbolçuların zədələnmə ehtimalı nəzərə alınaraq məşqçilər korpusunun qərarı əsasında ləğv olunub.
Yanvarın 19-dakı son qarşılaşmada isə rəqib Serbiyanın “Srvena Zvezda” klubu olacaq.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə kuboku2024-04-24 23:00
“Final iki dostun qarşılaşması olacaq” – Qurban Qurbanov
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”