Bizi izləyin

Ölkə futbolu

“Neftçi”yə qarşı ədalətsizlik: Qayıbovun qaranlıqda “bərkitdiyini” Səmədov “malalayacaqmı”?

blank
blank

O qədər bərbad ssenari düşünüblər ki,ən sadəlövh adamı belə aldada bilməzlər. Guya ki, hansısa görüş keçirilib, müzakirə aparılıb və müraciət etmək qərara alınıb.

Söhbət “Kəpəz”in ev oyunlarını Gəncədə keçirmək üçün Peşəkar Futbol Liqasına ünvanlayacağı məktubdan gedir. Hələ rəsmi müraciət olunmayıb, lakin alacaqları müsbət nəticəni qınaq reaksiyalarından sığortalamaq üçün belə bir rəsmi xəbər yayıblar.

Əslində isə proses fərqlidi. Ötən günlərdə gənclər və idman naziri Fərid Qayıbov Gəncədə olub, rəhbərlik etdiyi qurumun balansında olan, lakin təmirlə bağlı heç bir addım atılmayan şəhər stadionuna baş çəkib. Deməli, Gəncə stadionuyla bağlı qərarın dəyişdirilməsinə növbəti cəhd də nazirin razılığı alınandan sonra edilir. Bütün hadisələrin qısa müddətə sığışdırılmasının başqa səbəbi ola bilməz. Yəqin nazir vəd edib ki, Fövqəladə Hallar Nazirliyinin qadağa rəyini dəyişdirmək üçün xahiş edəcək. Bu səbəbdən “Kəpəz” rəsmi prosedura start verib.

Futbolun bölgələrə qayıtmasının əsas təbliğatçılarındanıq. Biz də “Kəpəz”in Gəncədə oynamasının tərəfdarıyıq, bunun indiyədək reallaşmamasında günahkar olanları, başda AGİN və AFFA olmaqla, hər kəsi qınayırıq. Lakin heç nə insan amilindən önəmli ola bilməz. Ortada insan həyatına başa gələcək hansısa fəaliyyət varsa, əleyhinəyik.

Qayıbov Gəncə stadionunu gecə vaxtı ziyarət edib. Onun işıqlandırma sistemi olmayan arenada “gecə qara cücə qara” nəyə baxdığını da bilmirik. Bildiyimizə görə, nazir bu şəhərdə hansısa yas mərasiminə qatılıb, bölgəyə getmişkən şəhər stadionunda fotosessiya etməyi lazım bilib. Ümid edirik, onun növbəti səfəri Gəncə stadionunda baş verəcək hansısa bədbəxt hadisəyə görə olmayacaq, yas yasa qarışmayacaq.

Aylardı Gəncə stadionuyla bağlı tənqidlər yazırıq, problemlə maraqlanırıq. Bugünədək “Kəpəz”dən  arenadakı təmir işləri ilə bağlı rəsmi xəbər almamışıq. Yəni, hansısa təmir işi barədə bir cümləyə belə rast gəlməmişik. O zaman iki ay öncə verilən qərar niyə dəyişdirilsin? FHN-in həmin vaxt verdiyi rəyin dəyişdirilməsi üçün nə edilib ki?

Klubdan aldığımız bilgiyə görə, şəhər stadionunun müəyyən tribunalarında bərkitmə işləri aparılıb, qəzalı vəziyyətdə olan bəzi yerlər yararlı hala gətirilib. Bəlkə də həqiqətdi, o zaman niyə bu işlər daha öncə görülmürdü? Deməli, məsuliyyətsizlik edilib, vəzifə səlahiyyətləri yerinə yetirilməyib və “Kəpəz” didərgin salınıb. Hər şey bu qədər asan idisə, niyə vaxtında zəruri addımlar atılmırdı? “Kəpəz”in Premyer Liqada oynayacağı vaxt tədbirlər görülsəydi, komanda ilk dövrəni başqa şəhərlərə sığınmazdı.

Bizdə olan informasiyaya görə, Gəncə stadionunun yalnız bərkitmə işləri aparılmış tribunalarına təxminən 5 min azarkeşin buraxılması barədə müzakirələr gedir. Peşəkar Futbol Liqası rəsmi məktub almadığından hələlik bu qurumdan izahat istəyə bilmirik. Yəqin ki, onlar klubun FHN-dən alaraq təqdim edəcəyi rəyi gözləyəcək. Bundan sonra məsuliyyət rəyi verənlərin boynuna düşəcək. Qəzalı vəziyyətdə olan stadionla bağlı iki nazirliyin öz aralarında nəyi razılaşacağı isə  gələcək araşdırmalarımızın mövzusudu.

Qayıbovun xeyir-duası ilə PFL prezidenti olan Elxan Səmədov diqqətli olmalıdı. Təhlükəsizliklə bağlı rəy mütləq alınmalıdı, yoxlanmalıdı. Səmədov bu gün nazirin istəyi ilə “bərkitmə”ni “malalasa”, sabah özü çətin vəziyyətdə qalacaq. Çünki Gəncə stadionu əsaslı təmir olunmalıdı, yamaq vurmaqla gələn il 60 yaşı tamam olacaq arenanın dərdini sağaltmaq olmaz. Burada hər an bədbəxt hadisə baş verə bilər.

Ümumilikdə problemdən çıxış yollarının axtarılması yaxşıdı. Hər nə qədər məqbul omayan variantlar seçilsə də, “Kəpəz”i Gəncəyə qaytarmaq cəhdlərini alqışlayırıq. Lakin təəssüf ki, problemlər üst-üstə qalaqlandığıdan hər xoş təşəbbüsün yekununda narazı qalan olacaq. “Kəpəz” evində oynamır – gəncəlilər narazıdı; komanda evinə qayıdır – təhlükəsizliklə bağlı narahatlıqlar var; hətta hər şey qaydasındırsa…

…əsas məsələ budur. Məmurların məsuliyyətsizliyi üzündən qarmaqrışıq hal alan prosesdə idman prinsiplərinin pozulduğu məqamını unuduruq. Premyer Liqada gərgin mübarizə gedir, klublar mükafatlar uğrunda yarışır. Və belə bir məqamda “Kəpəz”in rəqiblərinə fərqli münasibət narazılıq doğurur. Nəyə görə “Kəpəz” “Qəbələ”ilə ev oyununu bu komandanın meydanında oynamalıdı, “Zirə”ni Bakıda qəbul etməlidi, “Qarabağ”la yenə Qəbələdə görüşməlidi, bu komandalarla rəqabətdə olan “Neftçi”ni Gəncəyə çağırmalıdı?

Evdə oynamağın “Kəpəz” üçün hansı üstünlüklərə səbəb olacağı sirr deyil. Faktiki, indiki vəziyyətdə “Neftçi”yə fərqli münasibət göstərilir, idman prinsipləri pozulur. “Neftçi”ni fərqləndirməyimiz “Kəpəz”in növbəti ev matçını bu komandaya qarşı keçirəcəyinə görədi, eyni durumda başqa klub da ola bilərdi. Gəncəyə gedəcək ilk komanda kim olursa-olsun mövqeyimiz dəyişməyəcəkdi. Sırf idman prinsiplərinə görə qışa kimi gözləmək, iki dövrə başa çatandan sonra qərar qəbul etmək lazımdı. O zaman həm hər komanda bu şəhərə eyni sayda səfər etmiş olardı, həm də BƏRKİTMƏ işləri tam yekunlaşardı. Planları nazirin getdiyi yas mərasiminə görə yox, ədalətlə tənzimləmək lazımdı.

İstənilən halda, Gəncə stadionunda həqiqətən hansısa təmir işlərinin aparılmasına şübhə edirik. Nazirlik, eləcə də klub foto/video material təqdim etməyib, jurnalistlərin görülən işlərlə yerində tanış olması üçün təşəbbüs göstərməyib. Hətta klubun açıqlamasında da bu barədə qeyd yoxdur. Diqqət edin:

“Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin bu günlərdə reallaşan növbəti iclasında əsas komandanın oyunlarını Gəncədə keçirə bilməməsi yenidən müzakirə mövzusu olub. İdarə Heyətinin üzvləri tərəfindən bu problemin həlli istiqamətində dəstəyin göstərilməsi üçün Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi ilə müzakirələr aparılıb.

Nəticədə şəhər stadionunun birinci yarusunda tribunalara təkrar texniki baxışın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinə müraciət olunub. Müvafiq orqanların əməkdaşları tərəfindən arenaya vizual baxış keçirilib. Birinci yarusda tribunaların mövcud vəziyyəti nəzərə alınaraq təhlükəsizlik qaydalarına riayət olunmaqla stadiona məhdud sayda azarkeşin buraxılması mümkün hesab edilib.

Yeni rəyə uyğun olaraq klub tərəfindən komandanın ev oyunlarını Gəncədə keçirə bilməsi üçün qərara yenidən baxılması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət olunacaq”.

Açıqlamadan göründüyü kimi, hansısa təmir işlərinin aparılması barədə qeyd yoxdu, yenidən baxış keçirilməsindən bəhs olunur, sanki FHN-in ilk rəyinin saxta olduğu iddia edilir. Bərbad ssenarili tamaşanıza… bilet alım.

VÜSAL MAHMUDOV

blank
blank
blank
Reklam

Reklam


blank
Dünya futbolu2022-12-03 11:49

DÇ-2022: Braziliya 24 il sonra bu aqibətlə üzləşdi

blank
Müsahibə2022-12-03 11:12

Luvaqa “Səbail”də inkişaf görür: “Fərq liqada yox, komandalardadır”

blank
Dünya futbolu2022-12-03 10:54

Millimizin rəqibi Tyerri Anriyə tapşırılır

blank
Dünya futbolu2022-12-03 10:36

DÇ-2022: 1/8 final mərhələsinə start verilir – YENİLƏNİR

blank
Ölkə futbolu2022-12-03 10:25

“Qəbələ”nin “Səbail”lə 23-cü dueli

blank
Dünya futbolu2022-12-03 09:37

Afrikalıların Braziliya üzərində ilk qələbəsi

blank
Premyer-liqa2022-12-03 09:30

“Qəbələ” “Səbail”ə, “Sabah” “Şamaxı”ya qarşı – YENİLƏNİR

blank
Dünya futbolu2022-12-03 09:20

Serblərin arzuolunmaz, isveçrəlilərin alqışalayiq seriyası

blank
Ölkə futbolu2022-12-03 09:00

Utancaq məşqçinin oyuncaq futbolu

blank
Dünya futbolu2022-12-03 01:50

Millimizin hücumçusundan “Şalke”də daha bir qol

blank
Dünya futbolu2022-12-03 01:23

DÇ-2022: 1/8 final cütləri bəlli oldu

blank
Dünya futbolu2022-12-03 00:59

DÇ-2022: Cənubi Koreya və İsveçrə də 1/8 finalda!

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-12-02 23:53

Regekampf: “Utanıram”

blank
Dünya futbolu2022-12-02 23:40

Şakiri yenə baş rolda

blank
Premyer-liqa2022-12-02 23:33

Qurban Qurbanov: “Bu gün bizim oyunumuz daha yaxşı alındı”

blank
I Divizion2022-12-02 23:27

Birinci Divizion üçün yeni planlar

blank
Premyer-liqa2022-12-02 23:20

“Qarabağ”ın legioneri derbidə sıradan çıxdı

blank
Dünya futbolu2022-12-02 23:02

Daha bir istefa

blank
Premyer-liqa2022-12-02 22:50

“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu

blank
Dünya futbolu2022-12-02 22:18

Yenə Ronaldo fərqi

blank
Dünya futbolu2022-12-02 22:07

Suareslə Qananı birləşdirən məqamlar

blank
Dünya futbolu2022-12-02 21:56

Portuqaliyanın hesabı açdığı matçlarda ilk məğlubiyyəti

blank
Digər2022-12-02 21:45

Ölkə kubokunda komanda yarışlarına yekun vuruldu

blank
Dünya futbolu2022-12-02 21:35

Uruqvayın faydasız qələbəsi

blank
Digər idman növləri2022-12-02 20:33

Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşdi

blank
Ölkə futbolu2022-12-02 19:42

“Sumqayıt” üçün yeni dizaynlı avtobus – FOTO

blank
Dünya futbolu2022-12-02 18:43

Braziliya yığmasında Neymar sevinci

blank
Ölkə futbolu2022-12-02 18:00

“Səbail” rəsmisinə 3 aylıq cəza, “Neftçi”yə texniki məğlubiyyət verildi

blank
Ölkə futbolu2022-12-02 17:48

AFFA-dan Ayaz Quliyevin pasport almasına dair xəbərlərə reaksiya

blank
Premyer-liqa2022-12-03 00:16

Azərbaycan derbisində darmadağın – VİDEO

blank
Premyer-liqa2022-11-29 20:11

“Qəbələ” Sumqayıtdan 1 xalla qayıtdı – VİDEO

blank
Premyer-liqa2022-11-29 17:21

“Turan Tovuz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-11-28 21:39

Rəşad Sadıqov: “Belə xallar çempionatın sonunda çox dəyərli olur”

blank
Premyer-liqa2022-11-28 21:27

“Zirə” “Qarabağ”dan belə xal aldı – VİDEO

blank
Premyer-liqa2022-11-28 17:28

“Şamaxı” və “Kəpəz”dən hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Ölkə futbolu2022-11-28 11:21

Fariz Nəcəfov: “Müharibədə ölməkdən bir an belə qorxmamışam” – VİDEO

blank
Premyer-liqa2022-11-27 18:45

Emin Mahmudov het-trik etdi, “Neftçi” 3 xala sevindi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 20:10

“Sabah” 1/4-ə darmadağınla yüksəldi – VİDEO

blank
Ölkə kuboku2022-11-23 18:40

“Zirə” 2 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-23 16:54

Rəşad Sadıqov “Mingəçevir” üzərindəki qələbədən danışdı – VİDEO

blank
Ölkə kuboku2022-11-23 11:01

“Səbail” 4 cavabsız qolla 1/4 finalda – VİDEO

blank
Ölkə kuboku2022-11-22 17:45

“Turan Tovuz”a 1 qol bəs etdi – VİDEO

blank
Milli komanda2022-11-20 22:44

Millimizin Skopye zəfəri – VİDEO

blank
Milli komanda2022-11-17 10:21

Millimizin Kişinyov zəfəri – VİDEO

blank
Ölkə futbolu2022-11-16 16:06

“Sabah”dan bombardiri ilə yeni müqavilə

blank
Ölkə futbolu2022-11-14 18:40

Yevlaxda futbol sevinci – VİDEO

blank
Premyer-liqa2022-11-13 20:13

“Qarabağ”ı büdrədən tapıldı – VİDEO

blank
Premyer-liqa2022-11-13 18:04

Qərb derbisində heç-heçə – VİDEO

Premyer-liqa2022-11-13 17:42

Tərlan Əhmədov: “Bu gün məğlub da olsaydıq, komandadan razı qalardım” – VİDEO

blank
Premyer-liqa2022-11-13 17:23

Ayxan Abbasov: “Xal, qələbə üçün çox əziyyət çəkmək lazımdır” – VİDEO

blank
Premyer-liqa2022-11-12 21:55

“Neftçi”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-12 19:36

Rəşad Sadıqov: “Onlar səviyyəcə digər komandalardan fərqlənirlər”

blank
Premyer-liqa2022-11-12 19:05

“Zirə” “Səbail”i tək qolla yendi – VİDEO

blank
Premyer-liqa2022-11-11 17:24

Şamaxıda 6 qolluq oyun – VİDEO

blank
Premyer-liqa2022-11-09 18:00

“Qarabağ”dan ardıcıl 13-cü qələbə – VİDEO

blank
Premyer-liqa2022-11-09 17:40

“Bu, güclənməyimizə imkan vermir” – Ayxan Abbasov

blank
Premyer-liqa2022-11-09 17:18

“Buna bir çıxış yolu tapmaq lazımdır” – Qurban Qurbanov

blank
Dünya futbolu2022-11-07 10:17

10 futbolçu meydandan qovuldu, “Rasinq” qalib elan edildi – VİDEO

blank
Premyer-liqa2022-11-06 21:46

“Qarabağ”la “Kəpəz” də bacarmadı – VİDEO

Facebook

Gündəm