Ölkə futbolu
“Neftçi”yə qarşı oynamaq özü motivasiyadır”
“Kubokda mübarizəyə start verdik. İlk mərhələdə qələbə bizim üçün vacib idi. Bu səbəbdən də çox çalışdıq. Hər şey istədiyimiz kimi getdi və qalib gəldik” – bunu futbolinfo.az-a açıqlamasında “Səbail”in futbolçusu Rafael Məhərrəmli deyib.
O, Azərbaycan Kubokunun 1/8 final mərhələsində MOİK üzərindəki 4:0 hesablı qələbədən danışıb. Müdafiəçi qələbənin komandada əhval-ruhiyyəni yüksəldəcəyini düşündüyünü bildirib: “Əlbəttə ki, qələbə hər zaman ruh yüksəkliyi verir. Bütün oyunlara qələbə üçün çıxırıq. Amma futbolda bəzən hər şey istədiyimiz kimi getmir. Ona görə də çempionatda uduzuruq da, uduruq da”.
Müdafiəçi Premyer Liqanın 15-ci turunda “Neftçi”yə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Neftçi” yaxşı komandadır və üst sıralarda qərarlaşıb. Belə komandalara qarşı oynamaq özü motivasiyadır. Dediyim kimi hər oyuna qələbə üçün çıxırıq və “Neftçi” ilə matçda da hədəf dəyişməyəcək”.