Dünya futbolu
Neymar Cənubi Koreya ilə oyunu da buraxacaq?

Braziliya millisinin futbolçusu Neymar DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya ilə oyunu buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, “sambaçı” hələ də kollektivlə birgə məşqlərə qatılmayıb.
Yığmanın həkimi Rodriqo Lasmar qrup mərhələsinin ilk turunun Serbiya (2:0) ilə görüşündə zədələnərək sonrakı iki oyununu buraxan Neymarın bu gün topla məşqlərə başlayacağını bildirib.
O, Neymarın və digər zədəli futbolçu Aleks Sandronun Cənubi Koreya ilə qarşılaşmada iştirakının bərpa prosesindən asılı olacağını deyib.
DÇ-2022-nin 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya matçı dekabrın 5-də keçiriləcək.

Reklam
- Ölkə futbolu2023-02-04 09:35
Qurban Qurbanovun nəcib addımını Gəncədə unutmayıblar
- Ölkə futbolu2023-02-03 18:31
Bizim Miura: 53 yaşına kimi futbol oynayan “At Əli” – VİDEO
- Ölkə futbolu2023-02-04 14:16
“Qarabağ” fanatları Gəncədə problemlə üzləşdi
- Premyer-liqa2023-02-04 15:53
“Qarabağ” Gəncədə xal itirdi