Dünya futbolu
Neymar da gedəcək, Messi də
Nə Neymar, nə də Lionel Messi növbəti mövsüm PSJ-də olmayacaq. Sözügedən futbolçuların Çempionlar Liqasında komandaya yetərli kömək etmədiyini düşünən rəhbərlik belə qərar verib.
Futbolinfo.az xəbər verir ki, Messi az öncə Paris klubunun yeni müqavilə təklifindən imtina etmişdi. Fransa daha sərfəli olacaq yeni təkliflə futbolçunu fikrindən daşındırmaq istəyirdi. Lakin son nəticələrdən sonra onlar da argentinalı ilə yila davam etməməyi daha məqsədəuyğun sayıblar.
Neymardan da tez-tez zədələnməsi, həlledici matçlarda komandaya kifayət qədər fayda verməməsi üzündən imtina olunacaq. Klub braziliyalının ryni zamanda klubdaxili ab-havanı pozduğu qənaətindədir. Rəhbərlik yayda onun üçün gələcək uyğun təklifi dəyərləndirəcək. 31 yaşlı oyunçunun daha iki illik müqaviləsi qaldığından, PSJ-nin onu 60-70 milyon avroya satmaq niyyəti var.
Bu cütlükdən imtinanın bir səbəbi də maliyyə məsələləri ilə bağlıdır. PSJ-nin maaş büdcəsi həddindən artıq çoxdur. Klub sanksiyalara məruz qalmamaq üçün bu addımı atmalıdır.
- Premyer-liqa2024-01-29 09:59
Premyer Liqada qış bazarlığı – YENİLƏNİR
- Premyer-liqa2024-01-28 19:23
“Neftçi”dən “Qəbələ” üzərində inamlı qələbə
- Ölkə futbolu2024-01-29 08:00
“Qarabağ”ın izləyicisi yenə dəyişdi, xal fərqi 15-ə çatdı
- Milli komanda2024-01-29 10:40
Vaqif Cavadov milli komandaya təyinat alacaq