Digər idman növləri
Nicat 38 pillə irəlilədi, Teymur 14-cü sırada!

Beynəlxalq Şahmat Federasiyası (FIDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, ilk “10-luq”da Azərbaycan təmsilçisi yer almayıb.
Teymur Rəcəbov (2745 xal) 14-cü yerdədir. 3 pillə geriləyən Şəhriyar Məmmədyarov (2734 xal) 16-cı mövqedə qərarlaşıb.
Bakıda keçirilən Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) düz 38 rəqibini qabaqlayıb. O, hazırda reytinqdə 59-cudur.
Rauf Məmmədovdan sonra Qədir Hüseynov da “100-lüy”ü tərk edib.
Siyahıya əvvəlki kimi, Bakıdakı Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. ABŞ-ı təmsil edən Fabiano Karuana (2786) ikinci, Hikaru Nakamura (2780) üçüncüdür.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2387) 63-cü, Gövhər Beydullayeva (2383) 68-ci pillədə qərarlaşıb.
