Dünya futbolu
Nigeriya millisinin hücumçusu Liqa 1-də klubunu dəyişdi

“Nitsa” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Nigeriya millisinin və “Loryan”ın hücumçusu Terem Moffini heyətinə cəlb edib.
23 yaşlı forvard bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürülüb. “Nitsa” 6 aylıq icarə üçün “Loryan”a 2.5 milyon avro ödəyib. Yayda onun transfer hüquqlarının alınması üçün 22.5 milyon avro ödəmək lazım gələcək.
Moffi peşəkar karyerasına Litvanın “Kauno Jalgiris” klubunda başlayıb. “Riteryay”, “Kortreyk” kimi klublarda da oynamış hücumçu 2020-ci ildə 8 milyon avro qarşılığında keçdiyi “Loryan”da 90 oyuna 35 qol vurub. O, Nigeriya millisində də 7 oyuna 2 qol vurub.
“Nitsa” öz futbolçularından Morqan Şnederlenlə Andi Deloru da icarəyə verib. Şnederlen Avstraliyanın “Vestern Sidney Uonderers” klubuna, Delor isə Liqa 1-in digər təmsilçisi “Nant”a keçib. Hər iki futbolçu mövsümün sonunadək icarəyə verilsə də, Delorun müqaviləsində satınalma şərti də var.
“Nitsa”nın Rumıniyadan olan gənc hücumameyilli yarımmüdafiəçisi Rareş İlie də icarə əsasında İsrailin “Makkabi” (Təl-Əvivə) klubuna keçib. O, iyunun 30-dək bu komandanın uğurları üçün çalışacaq.

- Ölkə futbolu2023-03-29 09:00
İTV üçün siyahı – sabaha saxlamayın!
- Ölkə futbolu2023-03-30 09:00
AFFA vaxtı uzatdı, İK üzvləri özünü ifşa etdi: futbolu dərindən bilməyən də var, rusdilli olduğu üçün müzakirədən qaçan da
- Ölkə futbolu2023-03-29 16:39
Əcnəbilər üçün xərclənən milyonlara neçə akademiya tikmək olardı?
- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”