Dünya futbolu
“Nitsa” baş məşqçisini istefaya göndərdi
“Nitsa” rəhbərliyi komandanın mövsümə uğursuz başlamasını baş məşqçi Lüsyen Favra bağışlamadı. Bu gün təcrübəli mütəxəssislə yollar ayrıldı.
Futbolinfo.az xəbər verir ki, ardıcıl iki heç-heçənin ardından ilin ilk oyununda “Renn”ə məğlubiyyət, ardınca kubokda aşağı dəstə təmsilçisinə yenilgi səbri daşıran son damla oldu. Liqa 1-də 17 oyuna cəmi 5 qələbə qazanmasına görə məşqçi ilə yollar ayrıldı. “Nitsa” rəhbərliyi ciddi transferlər edib iddiasını artırmaq istəyirdi. Lakin Favr ümidləri doğrultmadı.
Favr cəmi 6 ay “Nitsa”ya rəhbərlik etdi. 26 oyunluq marafonda o, əvvəlki – Dortmund “Borussiya”sındakı uğurlarını təkrarlaya bilmədi.
Xatırladaq ki, bu məşqçi 2016-18-ci illərdə də “Nitsa”nın baş məşqçisi olmuşdu.