Bizi izləyin

Digər idman növləri

Niyaməddin Paşayev 2023-cü il üçün hədəflərini açıqladı

blank
blank

“Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik”.

Futbolinfo.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidmətinə müsahibəsində vitse-prezident Niyaməddin Paşayev deyib.

ATF rəsmisinin sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır. Ötən il taekvondoçuların 101 medal əldə etdiyini xatırladan dünya çempionu 2023-cü ildən də gözləntilərinin yüksək olduğunu deyib: “Bu il bizim üçün çox məsuliyyətli bir il olacaq. Çünki qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün demək olar ki, istirahət etmədən hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevral ayından başlayacağıq. Kişilərdən ibarət milli komanda qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.

Paşayevin sözlərinə görə, bu il qadın taekvondoçularımızdan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımı şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.

Vitse-prezidentin sözlərinə görə, kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi gedir. Hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və bu, yığma tam komplektləşənə qədər davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir”.

Paşayev böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə milli komandalara da xüsusi diqqət yetirildiyini vurğulayıb. O bildirib ki, uğura gedən yol məhz yeniyetmə idmanından başlayır: “Təbii ki, aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olması üçün federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.

ATF rəsmisi paratekvondoçularımızın da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O vurğulayıb ki, idmançılarımız əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklərinə inanır.

Vitse-prezident vurğulayıb ki, bu ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda keçiriləcək dünya çempionatıdır: “Mundiala çox az vaxt qalıb. Bu yarış bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”.

Reklam

Reklam


blank
Digər idman növləri2023-03-19 17:44

Boksçumuz dünya kubokunun finalına yüksəldi

blank
Digər idman növləri2023-03-19 17:00

“Gəncə” “Olimpik Şəki”yə səfərdə qalib gəldi

blank
Dünya futbolu2023-03-19 16:14

Roys “Borussiya”nın tarixinə düşdü

blank
Milli komanda2023-03-19 14:53

Millinin Bakı toplanışı üçün heyəti açıqlandı

blank
Digər idman növləri2023-03-19 12:51

Azərbaycanlı gimnastlardan Riqada 4 medal

blank
Digər idman növləri2023-03-19 11:22

Rəhimovadan DÇ-də ikinci qələbə

blank
Milli komanda2023-03-19 10:49

U-19-un AÇ oyunları üçün yekun heyəti açıqlandı

blank
Digər idman növləri2023-03-19 10:23

Fiziyev məğlub oldu

blank
Dünya futbolu2023-03-19 09:58

Nunyes yığmada oynamayacaq

blank
Dünya futbolu2023-03-19 09:31

Anri qadın yığmasından imtina etdi – ABŞ-da işləmək istəyir

blank
Layihə2023-03-19 09:00

Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”

blank
Dünya futbolu2023-03-19 04:27

“Atletiko”dan darmadağın

blank
Dünya futbolu2023-03-19 04:15

“Milan” “Udineze”yə məğlub oldu

blank
Dünya futbolu2023-03-19 04:02

“Borussiya” 3 xalı 6 qolla qazandı

blank
Dünya futbolu2023-03-19 03:50

“Lans”dan darmadağın

blank
Digər idman növləri2023-03-19 03:40

Turan Bayramov Avropa çempionatının finalında

blank
Dünya futbolu2023-03-19 03:31

“Tottenhem” səfərdə, “Çelsi” evdə xal itirdi

blank
Ölkə futbolu2023-03-19 03:11

“Qarabağ” – “Qalatasaray”: Hakim təyinatları açıqlandı

blank
Dünya futbolu2023-03-19 03:06

“Beşiktaş”dan inamlı qələbə

blank
Digər2023-03-18 23:26

“Qarabağ” azarkeşi futbol ictimaiyyətindən yardım istəyir

blank
Digər idman növləri2023-03-18 23:00

Sərbəst güləşçilər AÇ-yə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla başladılar

blank
Milli komanda2023-03-18 22:07

Millimiz Avstriya və İsveçlə oyunların hazırlığına başladı – FOTO

blank
Digər idman növləri2023-03-18 21:29

“Sabah” və NTD-dən növbəti qələbə

blank
Dünya futbolu2023-03-18 21:00

“Fənərbaxça”da yeni müqavilə

blank
Digər idman növləri2023-03-18 20:33

Federasiya Kubokunun qalibləri müəyyənləşdi

blank
Dünya futbolu2023-03-18 20:00

Nazarovun komandası doğma meydanda uduzdu

blank
Premyer-liqa2023-03-18 19:18

“Qəbələ”nin legionerindən yubiley matçı

blank
Milli komanda2023-03-18 18:10

Millimizin yoldaşlıq oyunları üçün heyəti açıqlandı

blank
Premyer-liqa2023-03-18 17:31

Premyer Liqada 100-cü oyun

blank
Dünya futbolu2023-03-18 16:16

Zəlzələdə ölən futbolçunun vida mərasiminə ölkə prezidenti də qatıldı

blank
Premyer-liqa2023-03-17 20:17

“Qəbələ”dən inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-17 19:34

“Hədəfimizə çatmaq üçün daha da inkişaf etməliyik” – VİDEO

blank
Ölkə futbolu2023-03-17 16:41

“Qəbələ” üçün yeni sponsor – VİDEO

blank
Premyer-liqa2023-03-16 22:04

“Kəpəz” “Neftçi”dən belə xal aldı – VİDEO

blank
Premyer-liqa2023-03-16 19:26

“Səbail”lə “Turan Tovuz”un heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2023-03-16 13:43

“Neftçi”də sağlamlıq durumu – VİDEO

blank
Premyer-liqa2023-03-15 23:54

“Sabah”dan “Zirə” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-03-15 21:40

“Sumqayıt” evdə darmadağına üzüldü – VİDEO

blank
Premyer-liqa2023-03-12 18:13

“Şamaxı” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-03-11 22:24

“Qarabağ”dan “Səbail”ə 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2023-03-11 18:33

“Turan Tovuz”la “Qəbələ”dən heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-03-10 22:11

“Sabah”dan “Sumqayıt”a 4 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2023-03-10 19:15

Zaur Əzizov: “Yayda 4 oyunçu ilə heyətimizi gücləndirəcəyik” – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:47

“Kəpəz” “Zirə” üzərində qələbəni əldən verdi – VİDEO

blank
Premyer-liqa2023-03-10 18:05

“Avtobusu, tərcüməçisi, vitamini olmayan komandanın elitada qalmasına çalışıram” – VİDEO

blank
Premyer-liqa2023-03-10 17:37

Rəşad Sadıqov: “Ədalətli nəticə heç-heçə idi” – VİDEO

blank
Ölkə futbolu2023-03-06 14:30

Millimizin qapıçısı da “yalnız qələbə” deyir – VİDEO

blank
Milli komanda2023-03-06 10:14

Millimiz Polşada ilk məşqə çıxdı – VİDEO

blank
Premyer-liqa2023-03-05 22:43

“Neftçi” 3 xalı 4 cavabsız qolla qazandı – VİDEO

blank
Premyer-liqa2023-03-05 20:39

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Dünya futbolu2023-03-05 10:59

Azərbaycanlı futbolçu Ukraynada dubla imza atdı – VİDEO

blank
Premyer-liqa2023-03-04 21:58

“Sabah”ın “Kəpəz” üzərində inamlı qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-04 19:49

“Səbail” “Sumqayıt”a belə uduzdu – VİDEO

blank
Milli komanda2023-03-03 23:41

Yığmamızın yunanlar üzərində qələbəsi – VİDEO

blank
Premyer-liqa2023-03-03 20:20

“Zirə” – “Şamaxı” matçında 4 qol – VİDEO

blank
Ölkə futbolu2023-03-01 10:47

Rövnəq Abdullayev FIFA TV-yə müsahibə verdi – VİDEO

blank
Premyer-liqa2023-02-27 23:17

Azərbaycan derbisində hərəyə 1 qol və 1 xal – VİDEO

blank
Premyer-liqa2023-02-27 13:21

“Neftçi” “Qarabağ”la oyuna itki ilə çıxacaq – VİDEO

blank
Dünya futbolu2023-02-25 22:40

Ronaldo het-trikə imza atdı – VİDEO

blank
Premyer-liqa2023-02-25 19:45

“Kəpəz”dən ardıcıl ikinci qələbə – VİDEO

Facebook

Gündəm