Dünya futbolu
Noyer rekordçu, Morata şərik oldu

Manuel Noyer dünən Kosta-Rikayla görüşdə (4:2) Dünya Çempionatlarında 19-cu matçına çıxdı. Bu, qapıçılar üçün rekord göstəricidi.
Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü bu göstəricidə dünənədək şərik olduğu həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffareli ötdü. 17 oyun keirən qolkiperlərin hamısı – Piter Şilton (İngiltərə), İker Kasilyas (İspaniya), Dino Zoff (İtaliya) və Fabyen Bartezz (Fransa) – karyerasını çoxdan bitirib.
Qrupun digər oyununda isə Alvaro Morata tarixə düşdü. İspaniya yığmasının forvardı Yaponiya ilə qarşılaşmada (1:2) hesabı açmaqla ardıcıl 3 oyunda qol vurmaq bacarığını göstərdi. Ona kimi bunu yalnız bir ispan futbolçu – Telmo Sarra 1950-ci ildə bacarmışdı.

Reklam
- Ölkə futbolu2023-01-26 09:00
Ovusu “Qarabağ”da qalmaq istəmir – fevralın ilk günü Macarıstanda ola bilər
- Ölkə futbolu2023-01-26 22:47
“Qarabağ” yeni “7 nömrə”sini açıqladı – VİDEO
- Ölkə futbolu2023-01-25 23:56
“Qarabağ” üç qapıçıdan birini seçməlidir
- Layihə2023-01-26 12:19
“İndiki uşaqlarda futbola sevgi yoxdur”