Digər idman növləri
NTD yenidən zirvədə
Azərbaycan Basketbol Liqasında 13-cü turun daha bir oyunu keçirilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə “Gəncə” və NTD komandaları üz-üzə gəliblər.
Gərgin keçən görüşün sonunda NTD basketbolçuları 86:79 hesablı qələbə qazanıblar. Komanda 1 günlük fasilədən sonra yenidən turnir cədvəlinin ilk pilləsinə yüksəlib.
Ən məhsuldar basketbolçular “Gəncə”dən Ceylon Perri (28 xal, 2 ribaund, NTD-dən isə Kuinton Kempbel, 23 xal, 5 ribaund olublar.
Turun “Neftçi İK” – “Zirvə Astara” və “Olimpik Şəki” – “AAAF Xırdalan” matçları yanvarın 14-ü və 15-də keçiriləcək. 13-cü turun ilk oyununda isə “Sərhədçi” “Sabah”a 81:68 hesabıyla qalib gəlib.
- Ölkə futbolu2024-01-15 13:34
“Qarabağ” milyonluq təklifdən imtina etdi
- Ölkə futbolu2024-01-16 08:00
“Neftçi” italiyalı hücumçu transfer edir – 400 min avroya
- Ölkə futbolu2024-01-16 12:15
Tanzaniya kartı: Konfransın martın sonuna saxlanılmasında məqsəd var
- Ölkə futbolu2024-01-15 20:29
Qurban Qurbanovdan transfer açıqlaması