Dünya futbolu
Nunyes iş yerini dəyişə bilər
Nəbi Keyta və Aleks Oksleyd-Çemberleynlə yaya vidalaşmağı düşünən “Liverpul” yarımmüdafiə xəttini yeniləyəcək. İcarəyə götürülən Arturun da ümidləri doğrultmadığı və birdəfəlik transfer edilməyəcəyi aydındır.
Bu səbəbdən İngiltərə klubu orta sahədə yeni oyunçular almaq istəyir. Meyson Mauntun keçidi “Bayern”in də bu futbolçuya müştəri düşməsi üzündən çətinləşib. Ona görə mersisaydlılar alternativ variantlara yönəlib. “Liverpul” hələ ötən mövsümdən maraqlandığı Mateus Nunyesi transfer etmək üçün yenidən diqqətini “Vulverhemton”a yönəldib.
Bu komandanın yayda “Sportinq”dən aldığı 24 yaşlı yarımmüdafiəçi İngiltərədə klub dəyişə bilər. Amma “Vulverhemton” 45 milyon avroya aldığı oyunçu üçün daha böyük məbləğ tələb edir. Futbolçu ilə 4 illik müqavilənin olması da buna imkan verir.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…