Dünya futbolu
“Nyukasl”ın forması Səudiyyə Ərəbistanı millisinin rənglərində

İngiltərənin “Nyukasl” klubunun yeni mövsüm üçün səfər forması Səudiyyə Ərəbistanı milli komandasının formasına uyğun hazırlanacaq.
Futbolinfo.az xəbər verir ki, komandanın səfər forması ağ-yaşıl rəngdə olacaq.
Komanda ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.
“Nyukasl”ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.
