Dünya futbolu
Okafor İngiltərə yolunda
“Tottenhem” yayda heyətini gücləndirmək üçün planlar cızır. Mövsüm bitdikdən sonra heyətini ciddi şəkildə yeniləyəcək londonlular axtardığını Almaniyada tapıb.
Futbolinfo.az xəbər verir ki, ilk hədəf Noa Okafordur. “Zalsburq”un 22 yaşlı hücumçusu agentini dəyişib və yeni nümayəndəsi onu “Tottenhem”ə təklif edib. İngilislər də isveçrəlinin xidmətində maraqlıdır. “Milan”la “İnter”in də maraqlandığı futbolçu isə Premyer Liqaya can atır.
3 il öncə “Bazel”dən Avstriya klubuna gələn Nigeriya əsilli hücumçunun mövcud müqaviləsinin bitməsinə bir il qalıb. Bu səbəbdən klubu da anlaşma müddətini uzatmaq istəməyn hücumçunu satmağa razıdır. 22 milyon avro dəyəri olan oyunçu üçün “Tottenhem”in hansı təklifi göndərəcəyi maraqla gözlənilir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq