Ölkə futbolu
“Olimpiakos” “Qarabağ”la oyun üçün 22 futbolçu seçdi
Yunanıstanın “Olimpiakos” komandasının Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyun üçün iştirak ərizəsi açıqlanıb.
Futbolinfo.az Pirey təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sabahkı qarşılaşmada baş məşqçi Miçel Qonsalesin sərəncamında 22 futbolçu olacaq.
Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, 11-i yarımmüdafiəçi, 2-si isə hücumçudur.
Sabah “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” oyununa Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
Qapıçılar: 88. Kostas Tsolakis, 91. Aleksandros Pasxalakis, 99. Atanasios-Teoloqos Papadudis;
Müdafiəçilər: 2. Şime Vrsalko, 12. Marselo, 15. Sokratis Papastatopulos, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse;
Yarımmüdafiəçilər: 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 17. Marius Vrusai, 19. Yorqos Masuras, 20. Coş Bouler, 21. Pep Biel, 28. Matyö Valbuena, 33. Hvanq İn-Beom, 74. Andreas-Rixardos Ntoi, 77. Qarri Rodriges;
Hücumçular: 18. Hvan İy Co, 47. Abubakar Kamara.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi