Dünya futbolu
“Olimpiakos”da “Qarabağ”la oyundan əvvəl ciddi itki
“Qarabağ”ın UEFA Avropa Liqasındakı rəqiblərindən olan Yunanıstan “Olimpiakos”u ciddi itki ilə üzləşib.
Futbolinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, komandanın müdafiəçisi Panayotis Retsos sıradan çıxıb.
“Bayer”dən (Leverkuzen, Almaniya) icarəyə götürülən futbolçu əvəzedici komandaya qarşı yoxlama matçında zədələnib.
Ayağından xəsarət alan Yunanıstan millisinin üzvü iki həftə yaşıl meydanlardan uzaq qalacaq. O, doğma meydanda “Qarabağ”a qarşı keçiriləcək qrup mərhələsinin 3-cü tur oyununu da buraxacaq.
Oktyabrın 6-da keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…