Bredli Viggins dünya velosiped idmanının ən hörmətli insanlarından biridir. Britaniya idmanının tarixində əhəmiyyətli yer tutan idmançıya “Cəngavər” titulu da verilib.

Lakin fəxri titul və Olimpiadanın 5 qızıl medalı qayğısız həyat demək deyil. Viggins maliyyə əməliyyatlarını düzgün etmədiyinə görə iflasa uğrayıb. O, artıq rəsmən bankrot elan edilib.

Problem elə bir səviyyəyə çatıb ki, olimpiya çempionu medallarını satmağa başlayıb. Hazırda onun borcu 1 milyon funt sterlinqə çatır.

Məhkəmə tərəfindən bankrot elan edilmək, borcu qaytarmamaq anlamına gəlmir. Bredli müəyyən məbləği qaytarmalıdır. Britaniya qanunlarına görə, iflas elan edildikdən sonra, məhkəmə həmin şəxsin var-dövlətini konfiskasiya edərək satışa çıxarır. Olimpiya oyunlarının medalları da dəyərli əşyalar siyahısına salınıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp