Ölkə futbolu
Omar Hani: “Hər iki matçı qazanmalıyıq”
“Biz qələbə qazanmalı idik. Amma bilirsiz ki, süni örtüklü meydan da oyuna təsir etdi”. Bunu futbolinfo.az-a açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Omar Hani deyib.
İordaniyalı futbolçu Misli Premyer Liqasının 35-ci turunda “Şamaxı” ilə qolsuz bitən matçdan danışıb: “Həmçinin qeyd edim ki, yaxşı çıxış etmədik. Növbəti oyunda bunu kompensasiya etməliyik”.
Hani komandanın Premyer Liqada “Kəpəz”ə və kubokun finalında “Neftçi”yə qarşı keçirəcəkləri matçlardan söz açıb: “Hər iki oyun çox vacibdir. Bunu hamımız dərk edirik. Bir klub olaraq hazırıq, əvvəlcə “Kəpəz”ə, sonra “Neftçi”yə qarşı oyunlara yaxşı hazırlaşmalıyıq”.
O, çempionat oyunu və ya kubokun finalı arasında seçim etməyib: “Hər iki matçı qazanmalıyıq”.
Omar klubdakı gələcəyi barədə bunu deyib: “Hələ ki, gələcəyim barədə heç nə bilmirəm. Mövsüm bitdikdən sonra danışacağıq”.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”