Bizi izləyin

Premyer-liqa

“Onları itirmək istəmədiyim üçün geri qaytardım” – Rəşad Sadıqov

blank
blank

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 9-cu turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri oyunu şərh edib.

Futbolinfo.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Həftəboyu da futbolçulara deyirdim ki, rəqib son pillədə ola bilər, amma son turlarda göstərdiyi oyun və əzmkarlıq yaxşı idi. Bunu mütləq nəzərə almalıydıq. Futbolçularımızda da böyük diqqət, rəqibə böyük hörmət gördüm. İlk yarı bizim üçün ağır idi. Amma bir neçə qol vəziyyəti yaratdıq, istifadə edə bilmədik. İkinci yarıda oyun daha da sürətləndi. Standart vəziyyətdən fərqləndik. Önəmli, vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu oyunu görmək istəyirdim. 90 dəqiqə stabil, dinamik oyun oynayan komanda gördüm. Oyunumuzdan razı qaldım. Əvvəlki matçlarda bəzi oyun kəsikləri məni qane etmirdi. “Turan Tovuz”la 60-cı dəqiqədən sonrakı oyunumuz məni qane etməmişdi. Amma bu gün sona qədər oynadılar”.

Baş məşqçi Təmkin Xəlilzadə və İlkin Muradovun yenidən əsas komandaya qaytarılmasına belə münasibət bildirib: “Müəyyən problemlər olur ki, detallı şəkildə ictimaiyyətə açıqlamaq olmur. Əsas məsələ mən istədiyim qədərilə istəkli olmamaları deyildi. Üzr istəməyi, kiminsə məndən üzr istəməyini xoşlamıram. Səhv olarsa, hamımız üzr istəməyə məcburuq. Burada vəziyyət fərqlidi. Onlar əvəzedici heyətdə istəkli məşq etdilər, “Qəbələ-2″yə qarşı həvəslə, istəkli şəkildə oynadılar deyə, geri qaytardım. Təmkinlə futbolçu kimi birlikdə oynamışıq. Yaxın və tanış futbolçulardı. Onları heç vaxt itirmək istəməzdim. Bu addımı atmağı lazım bildim. İndi də onları geri qaytarmağı özümə borc bildim. Bu fasilə onların gələcək karyerası üçün faydalı olacaq. Mövsümə onlarla başlamışdıq. Əslində, qərarım o idi ki, onlar başqa komandada çıxış etsin. Futbolçunu əvəzedici heyətə göndərməyi sevmirəm. Transferə çıxardıq, getdilər əvəzedici heyətdə həvəsli şəkildə çıxış etdilər. Təmkinlə İlkinin xidmətində maraqlı klublar var idi. Müəyyən danışıqlar oldu. İlkin dedi “heç yerə getməyəcəm”. Əsas komandaya qayıdacağına inanırdı”.

Sadıqov rəqib komanda barədə də fikirlərini bölüşüb: “Şamaxı” əzmkar komandadı. Bundan əvvəlki turda da “Sabah”a qarşı yaxşı mübarizə apardılar. Qol epizodları da var idi. Bu gün də qələbə qazanmaq imkanları var idi. Bu gün narahat idim ki, oyun çox ağır olacaq. “Şamaxı”da gənc məşqçilər toparlanıb. Cavid Hüseynova uğurlar arzulayıram, ciddi işlər görür. Təcrübəsi az olan futbolçularla çox yaxşı iş görürlər. Yeni eşalon məşqçilər var ki, onlardan biri də Cavid Hüseynov olacaq”.

Sadıqov köməkçilərindən olan Vaqif Paşayev onunla birlikdə oturmamasına da aydınlıq gətirib: “Onu komandaya məsləhətçi, ağsaqqal kimi dəvət etmişdik. Amma müəyyən problemlər yaşayırdıq. Bu, kateqoriya ilə bağlı idi. Pandemiya dövrü idi, xəstələnirdik. Həmin vaxtda ondan xahiş etdim ki, komandanın içində olsun və mən olmayanda, əvəzləsin. Vəzifəsindədi. Məsləhət edirik, danışırıq onunla”.

“Zirə”nin çalışdırıcısı Canni De Byazinin Azərbaycan yığmasının baş məşqçi postunda saxlanılmasına və Qara Qarayevə dəvət göndərməməsinə də münasibət bildirib: “Baş məşqçi olmasaydım, rahatlıqla şərh verərdim. İnid aktiv məşqçiyəm və fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan deyiləm, səmimi və dürst cavab verməyə çalışmışam. Belə qərar verilib. Maksimum çalışacağıq ki, De Byaziə dəstək olaq.

Qara Qarayevə gəlincə, o, “Nant”a qarşı möhtəşəm oynamışdı. Qələbədə əsas pay sahibi idi. Onu siyahıda görməyəndə, təəccübləndim. Əsas heyətdə olmaya bilər. Amma siyahıda olmaması mənə ağır gəldi. Son illərdə futbolumuzun qazandığı 4-5 oyunçu var ki, 11-12 il yüksək səviyyədə oynayıb, böyük nəticələr verir. Maksim Medvedev hələ milli komandaya kömək edə bilər. Zədələnib, oyunlardan kənar qalıb. Buna qədər yüksək performans göstərirdi. Millidə də yaxşı oyunlar göstərib. Onun hələ 2-3 il milliyə faydası ola bilər. Bütün oyunları 90 dəqiqə oynamaya da bilər. Bu gün futbolumuzda Ruslan Abışov, Qara və Maksim kimiləri çox deyil. Komandanın içində “canavar” kimi futbolçular olmalıdı. İstəyir millidə, istəyir meydanda kənarda”.

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Digər idman növləri2024-04-22 23:13

MEDİA sosial şəbəkə istifadəçilərinə müraciət edib

blank
Digər idman növləri2024-04-22 23:00

Azərbaycanın üç boksçusu AÇ-də günü qələbə ilə başa vurdu

blank
Digər idman növləri2024-04-22 22:36

AÇ: Azərbaycan paraüzgüçüsü gümüş medal qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm